Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2025 / Konstitusiya və Suverenlik İli

Zaqatalada “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov, Regional Təhsil İdarəsinin əməkdaşı Rəcəb Əlizadə, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu il ərzində ölkədə konstitusiya dəyərlərinin təbliği, dövlət suverenliyinin qorunması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Dini radikalizmə mübarizəyə də toxunan natiqlər qeyd ediblər ki, dini radikalizm və ekstremizmə qarşı mübarizə həm hüquqi, həm də ideoloji müstəvidə aparılır. O da vurğulanıb ki, gənclərin düzgün dini maarifləndirilməsi və milli-mənəvi dəyərlərə sadiqliyi dini radikalizmə qarşı təsirli vasitədir. 

Tədbir müzakirələrlə davam etdirilib.