Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.05.2025 / Konstitusiya və Suverenlik İli

Yardımlıda “Konstitusiyada din azadlığı” mövzusunda maarifləndirici tədbir təşkil olunub

Mayın 21-də Yardımlı rayon Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbində “Konstitusiyada din azadlığı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə sektoru və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə sektor müdiri Şəhriyar Şabiyev, məktəbin direktoru Şahin Salmanov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının ali qanunverici sənədi olan Konstitusiyada din azadlığı ilə bağlı müddəalara toxunulub. Xüsusilə, 48-ci maddənin məzmunu şagirdlərə izah edilib. Bildirilib ki, dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və maraqlarının Konstitusiya səviyyəsində qorunması cəmiyyətin rifahı və hüquqi dövlət quruculuğu baxımından böyük əhəmiyyət daşıyır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.