Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.08.2025 / Konstitusiya və Suverenlik İli

Xocavənddə “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Bəhrəm Abbaslı, Beyləqan rayonu “Cərcis Peyğəmbər ziyarətgahı” məscidinin imam müavini Məhəmməd Sadıqov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov, gənclər və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycanda mövcud olan dini tolerantlıq mühitindən, dini müxtəlifliyin ölkənin suverenliyi və ictimai sabitliyi baxımından əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, dini dəyərlərə hörmət, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlayış və əməkdaşlıq cəmiyyətin inkişafına mühüm töhfə verir. Eyni zamanda, tədbirdə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi xüsusi qeyd edilib.