Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.07.2025 / Konstitusiya və Suverenlik İli

Sumqayıtda “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib

İyulun 22-də Sumqayıt şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Hərbi Polis bölməsinin əməkdaşı Mehdi Musayev, şəxsi heyət iştirak edib.

Tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Çıxışlarda ölkəmizdə dini müxtəlifliyin və tolerantlığın qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, bu dəyərlərin milli birliyimizin və suverenliyimizin möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, dini radikalizmlə mübarizə və maarifləndirmə işləri xüsusi əhəmiyyət kəsb edir.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi edilib.