Şəmkirdə "Dövlətin suverenliyi və konstitusiyanın aliliyi prinsipi" mövzusunda tədbir təşkil olunub
Martın 13-də Şəmkir rayon Çinarlı qəsəbə N.Süleymanov adına 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dövlətin suverenliyi və konstitusiyanın aliliyi prinsipi" mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Polis Şöbəsinin əməkdaşı Xəyal Qurbanov, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda mövzu barədə ətraflı məlumat verilib. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğu bildirilib.
Tədbir müzakirələrlə davam etdirilib.
