Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.05.2025 / Konstitusiya və Suverenlik İli

Qubada “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, mayın 6-da Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal regional mərkəzi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazılığının birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda tədbir keçirilib. 
Adıçəkilən qurumların rəhbərləri, nümayəndələri, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Dahi şəxsiyyət” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Heydər Əliyev Konstitusiyada təsbit olunmuş maddələri dərindən öyrənməyi tövsiyə edirdi. Çünki Ulu Öndərin nəzərində Konstitusiya xalqa məxsusdur və hər bir insan ondan irəli gələn müddəaları bilməli, qanun çərçivəsində bəhrələnməlidir. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilib.

Çıxışlarda suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolundan da bəhs olunub.