Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.08.2025 / Konstitusiya və Suverenlik İli

Qazaxda “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazax rayon Qazılığının birgə təşkilatçılığı ilə Qazax şəhər cümə məscidində “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov, QMİ-nin Qazax rayonu üzrə qazısı İlham Süleymanov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Natiqlər ölkəmizdə hökm sürən dini tolerantlıq mühiti, dövlət-din münasibətlərinin hüquqi əsasları, həmçinin dini radikalizmə qarşı mübarizədə cəmiyyətin rolundan danışıblar.  Vurğulanıb ki, tədbirin keçirilməsində məqsəd dini müxtəlifliyin milli suverenlik və tolerantlıqla necə vəhdət təşkil etdiyi, bu çərçivədə hüquqi və ictimai məsuliyyətin əhəmiyyəti barədə iştirakçıların maarifləndirilməsidir.