Qaxda “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib
İyulun 30-da Qax rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti (RİH), Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzi və Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH başçısının müavini Vəfa Heydərova, Mədəniyyət Mərkəzinin müdiri Kəmalə Məcidova, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı İlqar Qədimov, ictimaiyyət nümayəndələri, eləcə də gənclər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə hökm sürən dini dözümlülük mühiti, milli və dini müxtəlifliyin dövlət siyasətindəki əhəmiyyəti, tolerantlığın hüquqi və sosial əsasları, eləcə də Azərbaycanın suverenliyinin qorunmasında bu dəyərlərin rolu ətraflı şəkildə müzakirə olunub. Tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin cəmiyyətin dayanıqlı inkişafı baxımından önəmli olduğu qeyd edilib.
Sonda fikir mübadiləsi aparılıb.

