Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.01.2025 / Konstitusiya və Suverenlik İli

Masallıda “Dövlətin suverenliyi və konstitusiyanın aliliyi prinsipi” mövzusunda tədbir keçirilib

Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Ombudsmanın Cənub Regional  Mərkəzi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dövlətin suverenliyi və konstitusiyanın aliliyi prinsipi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamin Məmmədov, yerli qurumların nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsidir. Vurğulanıb ki, bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyasının 30 ili və Vətən müharibəsindəki tarixi Qələbənin 5 ili tamam olur. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.