Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.09.2025 / Konstitusiya və Suverenlik İli

Kürdəmirdə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusu müzakirə olunub

Sentyabrın 11-də Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə qazılığı və Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Suverenliyin qorunmasında dini–mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, müstəqil Azərbaycanın inkişafı və dövlətçiliyinin möhkəmləndirilməsi prosesində milli, dini və mənəvi həmrəyliyin rolu əvəzsizdir. Bildirilib ki, xalqımız tarixboyu milli birliyini, dini dözümlülüyünü və mənəvi dəyərlərini qoruyaraq bir çox çətinliklərin öhdəsindən gəlib. Bu gün də ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və sabitliyinin təmin olunmasında bu amillər həlledici rol oynayır. Natiqlər dini-mənəvi dəyərlərin cəmiyyətdə birləşdirici rol oynadığını, dini radikalizmə qarşı mübarizədə isə maarifləndirmə tədbirlərinin vacib olduğunu diqqətə çatdırıblar.