Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.07.2025 / Konstitusiya və Suverenlik İli

Kürdəmir şəhərində “Konstitusiyada din azadlığı” mövzusunda tədbir keçirilib

İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə “Konstitusiyada din azadlığı” mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Daşqın Rüstəmov, rayonun din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulmasından, Konstitusiyada təsbit olunmuş vicdan və dini etiqad azadlığının təmin olunmasından, eləcə də dini müxtəliflik və tolerantlıq ənənələrinin qorunub saxlanmasından danışıblar. Qeyd olunub ki, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsinə, hüquqi dövlət quruculuğu prosesinə verilən önəmin əyani göstəricisidir.

Eyni zamanda, dini radikalizmin və zərərli ideoloji təsirlərin cəmiyyət üçün yaratdığı təhdidlərdən bəhs olunub.