Cocuq Mərcanlıda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
İyulun 24-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi ilə Cocuq Mərcanlı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin məqsədi Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın hüquqi-siyasi əsaslarının formalaşmasında, o cümlədən Konstitusiyanın hazırlanması və qəbul olunmasında oynadığı mühüm rolun geniş ictimaiyyətə çatdırılması olub.
Çıxış edənlər Ulu Öndərin dövlətçilik sahəsində əvəzsiz xidmətlərini xüsusi vurğulayıb, 1995-ci ildə qəbul edilən ilk müstəqil Azərbaycan Konstitusiyasının onun siyasi iradəsi və uzaqgörənliyi nəticəsində ərsəyə gəldiyini bildiriblər. Qeyd olunub ki, bu Konstitusiya ölkənin demokratik inkişafının hüquqi bünövrəsini qoyub.
Sonda tədbir iştirakçıları Cocuq Mərcanlı kənd məscidində dualar edib, şəhidlərin ruhunu yad ediblər.