Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.02.2025 / Konstitusiya və Suverenlik İli

Bərdədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Bərdə Rayonu Gənclər və İdman Sektoru və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, Gənclər və İdman Sektorunun müdiri Aydın Qasımov, müəllim və tələbələr iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, insanları birləşdirən, cəmiyyətin möhkəmliyini artıran və birgə fəaliyyətə təşviq edən amillərdən olan dini və mənəvi dəyərlər vətəndaşların birliyinin gücləndirilməsində və ümummilli məqsədlərə çatmaqda mühüm faktordur. Qeyd edilib ki, dini və mənəvi həmrəylik suverenliyin qorunmasında yalnız daxili birliyin gücləndirilməsinə deyil, həm də xalqın xarici təsirlərə qarşı daha güclü müqavimət göstərməsinə, eləcə də cəmiyyətin sabitliyinin təmin edilməsinə öz töhfəsini verir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.