Balakəndə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusu müzakirə olunub
Oktyabrın 1-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Amin Novruzov adına Humanitar və Texniki Fənlər Təmayüllü Liseydə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev, təşkilatçı qurumların əməkdaşları, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda tolerantlığın və dini dözümlülüyün cəmiyyətdə birlik və həmrəylik üçün vacib olduğu qeyd edilib. Natiqlər suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin mühüm rol oynadığını vurğulayıblar. Eyni zamanda dövlətin dini tolerantlıq siyasətinin uğurla həyata keçirildiyi bildirilib.


