Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.08.2025 / Konstitusiya və Suverenlik İli

Balakəndə “Konstitusiyada din azadlığı” mövzusunda seminar keçirilib

Avqustun 19-da Balakən rayonunda “Konstitusiyada din azadlığı” mövzusunda tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti (İH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rayon Qazılığı tərəfindən birgə təşkil edilib. Keçirilən tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Fariz Nəcəfov, QMİ-nin rayon qazısı İbrahim İbrahimov, həmçinin din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş vicdan azadlığı və din azadlığı prinsiplərinin dövlət-din münasibətlərindəki əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, Konstitusiyanın dinlə bağlı müddəalarının dini müxtəlifliyə və dini tolerantlığa verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.