Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.03.2025 / Konstitusiya və Suverenlik İli

Balakəndə “Azərbaycan Respublikasının Konstitusiyası qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib

Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti, rayon Təhsil sektoru və rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Talalar kənd 2 saylı tam orta məktəbdə “Azərbaycan Respublikasının Konstitusiyası qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, İcra Hakimiyyətinin nümayəndəsi Hacı Muradov, Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Nurlan Şibliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.  

Çəxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlayaraq Azərbaycanın inkişafı, müstəqilliyinin daimi olması, vətəndaş cəmiyyətinin, demokratik, hüquqi və dünyəvi dövlətin bərqərar olması üçün çalışmışdır. Vurğulanıb ki, 1995-ci ildə konstitusiya layihəsi xalqın müzakirəsinə təqdim olundu və həmin ilin noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. O da diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Konstitusiyası qürur mənbəyimizdir.

Tədbir müzakirələrlə davam etdirilib.