Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.03.2017 / İslam Həmrəyliyi İli

Zaqatalada “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Martın 14-də Zaqatala RİH, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Akif  Bubuşov adına Muxax kənd 3 saylı tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub.
Məktəbin yuxarı sinif şagirdləri və müəllim heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ədalət Novruzova  tədbirin mahiyyəti barədə məlumat verib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev ölkədə İslam həmrəyliyi ili elan olunmasının məqsədləri, dövlətin bu istiqamətdə görüdüyü işlər barədə danışıb və dünyada baş verən proseslər fonunda bu ilin elan olunmasının vacibliyinə diqqət çəkib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov həmrəylik və vətənpərvərlik məfhumlarının mahiyyəti barədə məlumat verib, həmrəyiliyin müxtəlif  dini, mədəni, siyasi və s. fikirlərin qarşılıqlı ehtiram içərisində var olması mənalarına gəldiyini söyləyib, eyni zamanda şagirdlərin həmrəylik və vətənpərvərlik ruhunda tərbiyəsindən danışıb.
Sonra çıxış edən Zaqatala rayon Prokurorunun köməkçisi Toğrul Hüseynzadə həmrəylik və vətənpərvərlik mövzusuna hüquqi aspektdən yanaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova və Zaqatala rayon Təhsil şöbəsinin əməkdaşı İranə Əlizadə də mövzu ilə bağlı çıxış ediblər.