Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.03.2017 / İslam Həmrəyliyi İli

Zaqatala rayonunda “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı seminar-müşavirə keçirilib

Martın 29-da Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala rayon Bölgə Qazılığının və Bakı İslam Universitetinin Zaqatala şöbəsinin birgə təşkilatçılığı ilə Bakı İslam Universitetinin Zaqatala şöbəsində  “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı seminar-müşavirə keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı İslam Universitetinin Zaqatala şöbəsinin, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin və Zaqatala rayon Peşə məktəbinin müəllim və tələbələrinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə Zaqatala rayon bölgə qazısı Malik Bilalov açaraq Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov İslam dininin tarixən Azərbaycanda milli həmrəyliyin möhkəmlənməsindəki rolundan bəhs edib, həmrəyliyin hər kəsin eyni düşüncə daşıması mənasına deyil, əksinə fərqli düşüncələrin müştərək dəyərlər ətrafında birləşməsi, yəni çoxluq içində birlik olması mənasına gəldiyini iştirakçıların nəzərinə çatdırıb.
Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev Azərbaycan xalqının tarixən məzhəb və dini ayrı-seçkiliyə qarşı olmasından danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.