Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2017 / İslam Həmrəyliyi İli

Yevlaxda “İslam həmrəyliyi dini ekstremizm və radikalizmə “YOX” deyir” layihəsi uğurla icra olunur

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayon Yenicə kənd məscidi dini icması tərəfindən oktyabrın 25-də “İslam həmrəyliyi dini ekstremizm və radikalizmə “YOX” deyir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, əməkdaşları Rahib İbrahimov və Tural Ələkbərov, Xaldan kənd Cümə məscidi dini icmasının sədri Vaqif Xəlilov, Xaldan kənd bələdiyyəsinin sədri Akif Pirməmmədov, Xaldan kənd orta məktəbinin direktoru Şahin Kərimov, məktəbin müəllim  və şagird heyəti,  din xadimləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax rayon Xaldan kənd Cümə məscidi dini icmasının sədri Vaqif Xəlilov İslam dini ilə  radikalizmin bir-birinə zidd olduğunu bildirərək gənclərə dinimizi olduğu kimi öyrənməyi tövsiyə edib. O, bu cür maarifləndirmə tədbirlərinin sayının artırılmasının da əhəmiyyətindən bəhs edib. 
İslam dininin sülh dini olduğunu vurğulayan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev “İslam Həmrəyliyi İli” ilə əlaqədar olaraq həyata keçirilən tərbirlər çərçivəsində islami dəyərləri daha geniş təbliğ etməyin mümkün olduğunu bildirib. O qeyd edib ki, xalqımız milli-mənəvi dəyərləri ilə İslam dinin aşıladığı dəyərləri mükəmməl şəkildə uzlaşdıraraq bugünümüzə kimi gətirib çıxarıb.
Çıxış edən digər natiqlər tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurma baş vermədiyini bildirərək Azərbaycan həmrəyliyi və tolerantlığı modelinin dünyada nümunə olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanılıb.