Yevlaxda “İslam həmrəyliyi dini ekstremizm və radikalizmə “YOX” deyir” layihəsi uğurla icra olunur
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayon Yenicə kənd məscidi dini icması tərəfindən avqustun 29-da “İslam həmrəyliyi dini ekstremizm və radikalizmə “YOX” deyir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yevlax rayon Xaldan kənd Cümə məscidi dini icmasının sədri Vaqif Xəlilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Yevlax RİH başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, Yevlax şəhər Cümə məscidinin axundu Namiq Əliyev, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax rayon Xaldan kənd Cümə məscidi dini icmasının sədri Vaqif Xəlilov ilk növbədə dini icmalara ayrılmış layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verib, bu cür maarifləndirmə tədbirlərinin sayının artırılmasının əhəmiyyətindən bəhs edib.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən DQİDK-nın dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti və nəticələri barədə məlumat verib, dini icmaların milli-mənəvi dəyərlərin təbliğində yaxından iştirakının vacibliyini vurğulayıb. Bununla yanaşı Rahib İbrahimov, tarixin bütün dövrlərində, o cümlədən müasir dünyamızda müsəlman dünyasının ehtiyac duyduğu İslam həmrəyliyinin Azərbaycanda tarixən mövcud olduğunu və hazırda da dünyaya uğurla təbliğ edildiyini qeyd edib.
Mövzu ilə bağlı çıxış edən Yevlax RİH başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurma baş vermədiyini bildirərək Azərbaycan həmrəyliyi və tolerantlığı modelinin dünyada nümunə olduğunu qeyd edib.
Mövzu ilə bağlı çıxış edən Yevlax RİH başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurma baş vermədiyini bildirərək Azərbaycan həmrəyliyi və tolerantlığı modelinin dünyada nümunə olduğunu qeyd edib.
.jpeg)
.jpeg)
.jpeg)