Xaçmazda “Azərbaycanda İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib
Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) və Xaçmaz Peşə liseyinin birgə təşkilatçılığı ilə “İslam və demokratiya: tarix və müasirlik” adlı konfrans keçirilib.
Təbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siaysi və humanitar məsələlər şöbəsinin əməkdaşı Pərviz Əmircanov, Xaçmaz Peşə liseyinin direktoru Abbasqulu Məstəliyev, liseyin pedaqoji və şagird kollektivi iştirak edib.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra liseyin direktoru Abbasqulu Məstəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunması və il ərzində bu sahədə atılan addımlar barədə danışıb. Qeyd edib ki, görülən işlər Azərbaycanın bütün sahələrdə olduğu kimi, din sahəsində də ən demokratik dövlət olduğunu bir daha nümayiş etdirir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev konfransda geniş məruzə ilə çıxış edib. Natiq ölkədə dini və mədəni sahədə həyata keçirilən işlərdən bəhs edib. Qeyd edib ki, Azərbaycan mənəvi dəyərlərin təbliği və dünyaya sülhün ixracı baxımından lider dövlətlərdəndir. 2017-ci ildə Azərbaycan dövlətinin təşəbbüsü ilə beynəlxalq arenada dini tolerantlığın qorunub saxlanılması məqsədilə çoxsaylı tədbirlər keçirilib və bu tədbirlərin bir qisminə məhz respublikamız ev sahibliyi edib.
Daha sonra liseyin müəllimləri Minarə Məmmədyarova “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq”, Kəmalə Səlimova “İslam və demokratiya: tarix və müasirlik” mövzularında çıxışlar ediblər.
Liseyin şagirdləri Bahar Məmmədova və Aygün Əkbərova mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.