Şirvanda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib
Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhər İqtisadiyyat və humanitar Kollecində 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı “Dini radikalizmə yox deyirik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Hacı Əvəz Mehrəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Adəm Hüseynov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.O, radikalizmin bu gün bütün dünya dövlətləri üçün ümumi problem olduğunu deyib. Dini radikalizmin yaranma səbəblərindən danışan natiq bu istiqamətdə dövlət tərəfindən lazımi tədbirlərin həyata keçirildiyini bildirib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev tədbirdə çıxış edərək, dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb. O, İslam dininin ekstremizmə, radikalizmə qarşı mənəvi dəyərlər sistemi olduğunu bildirərək, radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını qeyd edib. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal dini cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
Şirvan şəhəri İqtisadiyyat və humanitar Kollecin tələbəsi Səbirə Babazadə, gənc fəal Nurlan Qədimov ölkə rəhbəri tərəfindən bu il elan edilmiş “İslam Həmrəyliyi İli”nin, gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğ və təşviqinin əhəmiyyətindən danışıblar.
QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Hacı Əvəz Mehrəliyev Qurani-Kərimdən ayələr söyləməklə dini radikalizmin cəmiyyətə vurduğu zərərlərdən bəhs edib.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.