Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.04.2017 / İslam Həmrəyliyi İli

Şəki şəhərində “İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi” mövzusunda konfrans keçirilib

“İslam Həmrəyliyi İli” çərçivəsində aprelin 13-də Şəki şəhərində“İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi” mövzusunda konfrans keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına mərkəzi mədəniyyət evində keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, din xadimləri və gənclər iştirak edib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev “İslam həmrəyliyi dünyada sülhün qarantıdır”, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov “İslam dini-keçmişimiz, bu günümüz və gələcəyimizdir”, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və  humanitar  məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərlərimiz”, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov “İslam həmrəyliyinin təbliğində gənclərin rolu” mövzusunda çıxışlar ediblər.  Bildirilib ki, Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələri hər zaman rahat şəkildə yaşayıb və heç zaman dini-etnik zəmində münaqişə baş verməyib. Xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlayıb. Bu gün dünyada baş verən qanlı qarşıdurmaların, neqativ hadisələrin fonunda biz milli-mənəvi dəyərərimizin, adət-ənənələrimizin nə qədər önəm daşıdığının şahidi oluruq. Bu baxımdam milli-mənəvi dəyərlərimizin bir elementi olan İslam həmrəyliyi böyük əhəmiyyətə malikdir.
Qeyd olunub ki, dövlət başçısı cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyaya birlik və bərabərlik çağırışıdır.
Vurğulanıb ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirlər İslam cəmiyyətləri arasında təmasları gücləndirəcək, xalqları bir-birinə daha da yaxınlaşdıracaq, qarşılıqlı mədəni mübadilə proseslərini artıracaq. Eyni zamanda, dünyada dinlərarası münasibətlərin düzgün qurulması, sabitliyin yaradılması üçün böyük bir vəsitə olacaq.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.