Sağlam cəmiyyətin formalaşmasında İslam həmrəyliyi mühüm rol oynayır
Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Güzdək qəsəbəsi tam orta məktəbində Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsulullah” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi-dini radikalizmdən xilas yolu” layihəsi çərçivəsində “Sağlam cəmiyyətin formalaşmasında İslam həmrəyliyininrolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşı Şahlar Məmmədov, Güzdək qəsəbə məscidinin axundu Mirkazım Kazımlı, dini icma üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qasım Dadaşov mövzunun əhəmiyyətindən danışıb.
Qəsəbə məscidinin axundu Mirkazım Kazımlı İslam dininin elmə verdiyi dəyərdən bəhs edib və şagirdlərə bununla bağlı öz tövsiyyələrini verib.
Daha sonra DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov dini radializmin fəsadlarından danışıb. İslam həmrəyliyi və ona yaranan ehtiyacdan da danışan natiq ölkəmizdə dövlət-din münasibətlərinin uğurla tənzimləndiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.