Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.10.2017 / İslam Həmrəyliyi İli

Qusarda İslam həmrəyliyinin əhəmiyyətindən danışılıb

Oktyabrın 31-də Qusar şəhəri Mustafa Kazdal məscidi dini icmasının “Azərbaycanda İslam həmrəyliyi: milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində Balaqusar kəndində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Balaqusar kənd tam orta məktəbinin direktoru Didar Əhmədov, Mustafa Kazdal məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov, kənd ictimaiyyəti, o cümlədən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balaqusar kənd tam orta məktəbinin direktoru Didar Əhmədov dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, İslam dininə olan dövlət qayğısından danışıb. O qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliliyi İli” elan edilməsi İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiyanın göstəricisidir. Elnur Ağasiyev bildirib ki, İslam həmrəyliyi yalnız dini sahədə deyil, eyni zamanda, müsəlman ölkələrinin sosial-iqtisadi, siyasi, mədəniyyət sahələrində bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsidir və onların arasında nifaq salmaq istəyənlərə tutarlı cavabdır.
Tədbirdə çıxış edən dini icmanın sədri Fəryaddin Rəhimxanov ölkəmizdə mövcud olan həmrəylik mühitinin əhəmiyyəti barədə məlumat verib. Azərbaycan dövlətinin dindarlara ən yüksək səviyyədə qayğı göstərdiyini bildirən F. Rəhimxanov tikilən və yenidən bərpa olunan ibadət ocaqlarımızın buna əyani nümunə olduğunu qeyd edib.