Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.03.2017 / İslam Həmrəyliyi İli

Qubada “İslam həmrəylik, bərabərlik dinidir” layihəsinə start verilib

Martın 7-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Quba rayonu Xucbala kənd məscidi dini icması tərəfindən Xucbala kənd klubunda “İslam həmrəylik, bərabərlik dinidir” layihəsi çərçivəsində “Azərbaycanda ənənəvi İslamın əsas xüsusiyyətləri” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev və kənd ictimaiyyəti iştirak ediblər.
Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev qeyd edib ki, dövlət tərəfindən dini icmalara göstərilən qayğı onların fəaliyyətini daha da intensivləşdirir, dini maarifləndirmə işinin aparılması və milli-mənəvi dəyərlərin təbliği üçün geniş imkanlar yaradır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycanda mövcud olan ənənəvi İslamın  xüsusiyyətləri dünyanın digər müsəlman ölkələri üçün mütərəqqi nümunədir. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı dövlətimizin İslam həmrəyliyinə böyük bir ərməğanıdır. Dünyanın müxtəlif müsəlman ölkələrində məzhəblərarası qarşıdurmanın olduğu bir şəraitdə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam  ölkələrinin birliyinə də öz töhfəsini verəcəkdir.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edərək bildirib ki, ölkəmizdə radikalizmə meyillənmə halları xeyli azalıb, əsrlərlə mövcud olan ənənəvi dini inanclara hörmət hissi daha da artıb. Qeyd edib ki, ötən il “Multikulturalizm ili” çərçivəsində respublikamızda, o cümlədən Quba rayonunda çoxsaylı tədbirlər keçirilib, Azərbaycanın multikultural ənənələri və tolerant dəyərləri bir daha bütün dünyaya nümayiş etdirilib. O, qeyd edib ki, hər birimizin əsas vəzifəsi respublikamızda mövcud olan ictimai-siyasi və dini sabitliyi qorumaq, dini radikalizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə aparmaqdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.