Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.08.2017 / İslam Həmrəyliyi İli

Qəbələdə “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” mövzusunda tədbir təşkil olunub

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Hacıalılı kənd məscidi dini icmasının sədri Mehman Şəfiyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov tədbirdə çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərindən, müsəlman aləmində, eləcə də dünyada sabitliyin və dayanıqlı sülhün təmin edilməsi üçün İslam həmrəyliyinin, millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Tədbirdə Hacıalılı kənd məscidi dini icmasının üzvü Elşən Şeyixzadə qeyri-ənənəvi radikal dini cərəyanların zərərləri haqqında danışaraq onlarla mübarizədə ənənəvi dini dəyərlərin inkişafının əhəmiyyətini xüsusilə vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.