Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.09.2017 / İslam Həmrəyliyi İli

Qəbələdə “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilib

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının icra etdiyi “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Çarxana  kənd  tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Çarxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhim Qubadov, Hacıalılı kənd məscidi dini icmasının sədri Mehman Şəfiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev  qeyd edib ki, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək lazımdır.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov çıxışında gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Çarxana  kənd  tam orta məktəbinin direktoru Rəsmiyyə İsmayılova tədbirin əhəmiyyətindən danışaraq yetişməkdə olan gənc nəslin düzgün istiqamətdə maariflənməsinə, qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanması işinə töhfə verəcəyini deyib.
Sonda təbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.