Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.12.2017 / İslam Həmrəyliyi İli

Prezident İlham Əliyev: "Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir"

“2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib və il ərzində bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir. Respublikamız dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında, islam həmrəyliyinin əldə olunmasında öz rolunu davam etdirəcək”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. 
Ölkə başçısının sözlərinə görə, Azərbaycan xalqı əsrlərdir milli-mənəvi dəyərlərini qoruyub yaşadır: “İslam dəyərləri də bunun tərkib hissəsidir. Ölkəmizdə din sahəsində hökm sürən əmin-amanlıq ölkəmizi gücləndirir".