Mingəçevirdə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib
Dekabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev mərkəzində "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə şəhərin təhsil müəssisələrinin müəllimləri, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Gənclər Təşkilatının üzvləri, şəhər Gənclər və İdman İdarəsi, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturunun rəsmi şəxsləri, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhərin təhsil müəssisələrinin müəllimləri, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Gənclər Təşkilatının üzvləri, şəhər Gənclər və İdman İdarəsi, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturunun rəsmi şəxsləri, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mingəçevir ŞİH başçısının birinci müavini İlham İsmayılov tədbiri giriş sözü ilə açaraq maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Hər bir vətəndaşın, o cümlədən din xadimləri və dini icmaların bu istiqamətdə fəallığının artırılmasının vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli” nin əhəmiyyətindən danışıb. Bu il çərçivəsində ölkəmizdə və ölkəmizdən kənarda həyata keçirilmiş təbliğat xarakterli tədbirlərin önəminə toxunan Dövlət Komitəsi sədrinin birinci müavini DQİDK-nın bu istiqamətdəki fəaliyyəti barədə də məlumat verib.
Ölkəmizdəki sabit dini durumdan bəhs edən Səyyad Salahlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində hal-hazırda respublikada dövlət-din münasibətləri özünün yüksəliş dövrünü yaşayır. Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların üzərinə düşən vəzifələrdən danışan Dövlət Komitəsi sədrinin birinci müavini dini icmalar və din xadimlərinin milli-mənəvi dəyərlərimizin təbliğatında əhəmiyyətli rol oynadıqlarını diqqətə çatdırıb. Bu istiqamətdə fəaliyyətin artırılmasının vacibliyini vurğulayıb.
Seminar-treninqin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)