Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.02.2017 / İslam Həmrəyliyi İli

“Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib

Fevralın 28-də Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Bakı şəhəri  üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Afiq Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov, Aslan Sultanov, Fidan Aslanova, Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəb direktorları, rayon ərazisindəki məktəblərin uşaq birliklərinin rəhbərləri, psixoloqları və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edən geniş məruzəylə çıxış edib. O, Azərbaycandakı tolerantlığın, multikultural dəyərlərin, müxtəlif konfessiyaların nümayəndələrinin sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşamasının və fəaliyyətlərinin dünya ölkələri içərisində nümunəvi hal olduğunu bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Fidan Aslanova əsrlərboyu xalqımızın formalaşmasında, inkişafında böyük təsiri olan milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. F. Aslanova dinin uzun bir tarixi dövr ərzində hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.
Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov və Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Afiq Əzizov çıxışlarında ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin isə böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisə olduğunu vurğulayıblar.
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ciilin “İslam Həmrəyliyi İli” elanolunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvii nkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.