Masallıda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Aprelin 18-də Masallı Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Dövlət Regional Kollecinin birgə təkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları və Masallı Dövlət Regional Kollecinin müəllim-tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecin direktoru Vidadi Nəzərov qeyd edib ki, ölkə başçısının Sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi İli” elan olunub və bununla bağlı ali və orta ixtisas müəssisələrinin qarşısında mühüm vəzifələr qoyulub. Natiq vurğulayıb ki, bu məqsədlə Təhsil Nazirliyi və DQİDK-nın birgə əmri ilə təsdiq edilmiş Fəaliyyət Planı gənc nəslin milli-mənəvi dəyərlərinin daha da yüksəlməsinə böyük təkan verəcək.
Masallı Dövlət Regional Kollecinin müəllimi Nazim Əliyev “İslam Həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” adlı məruzəsində elm və təhsilimizi təhlil edərək, "İslam Həmrəyliyi İli"nin gənclərimizin qarşısına qoyduğu perspektivlərdən söhbət açıb.
“İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub, gənc nəslin sağlam ruhda formalaşmasına xidmət edir. Daha sonra natiq ölkəmizdə radikalizm və ekstremizmlə bağlı görülən işlərdən, bu məqsədlə çəkilmiş “Fitnə” filminin radikalizmə qarşı mübarizədə əhəmiyyətdən danışıb.
Elmi-praktik konfransda müəllim və tələbələrin təklifləri dinlənilib və suallar cavablandırılıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.
.jpg)
(103).jpg)
(138).jpg)
(148).jpg)