Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.03.2017 / İslam Həmrəyliyi İli

Masallı rayonunda “İslam həmrəyliyi və müasirlik” mövzusunda seminar-treninq baş tutub

Martın 29-da YAP Masall rayon təşkilatı və DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə YAP Masallı Rayon Təşkilatının inzibati binasında “İslam həmrəyliyi və müasirlik” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə YAP fəalları, dini icmaların sədrləri, din xadimləri, ziyalılar, gənclər iştirak ediblər.
Seminarı giriş sözü ilə açan YAP Masall rayon təşkilatının sədri Seyfəddin Əliyev “İslam Həmrəyliyi İli” ilə əlaqədar keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu deyib. Natiq Azərbaycanı İslam dünyasının müasirlik və qarşılıqlı əməkdaşlıq mərkəzi kimi səciyyələndirib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov mövzu ilə bağlı çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinin, eyni zamanda respublikada bu sahədə görüləcək mühüm tədbirlərin əhəmiyyətindən danışıb.
Çıxışlarda Masallı şəhər “Qabaq Dadva” məscidi dini icmasının sədri Vaqif Mikayılov, Türkoba kənd tam orta məktəbinin müəllimi Zəminə Şahverdiyeva, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbinin müəllimi Subhan Şiriyev, Xıl kənd “Becanlı” məscidi dini icmasının sədri Əhmədağa Zamanov müzakirə olunan məsələlər barədə fikirlərini səsləndiriblər.