İslam həmrəyliyinin təbliğində din xadimlərinin rolu müzakirə edilib
Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində Lerik şəhər Heydər Əliyev Mərkəzində "İslam həmrəyliyinin təbliğində din xadimlərinin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, Lerik RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, eləcə də din xadimləri, iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lerik RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov çıxışında ölkəmizdəki dövlət din münasibətlərinin digər ölkələr üçün nümunə olduğunu bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam həmrəyliyinin təbliğində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Q.Məmmədov, eyni zamanda, Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin aşılanmasıdır.
DQİDK-nn Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında bu gün müsəlman dünyasında vəhdət və həmrəyliyi genişləndirmək üçün inamlı addımlara ehtiyac olduğunu, bu baxımdan cənab Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsünün tarixi hadisə olduğunu qeyd edib.
Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxışında ölkəmizdəki tolerant və həmrəylik mühitinin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
.jpg)
.jpg)
.jpg)