Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.03.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyinin radikallığın qarşısının alınmasında oynadığı rol” mövzusunda maarifləndirici tədbir keçirilib

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zəngilan rayonu 9 saylı tam orta məktəbdə “İslam həmrəyliyinin radikallığın qarşısının alınmasında oynadığı rol” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Eldar Abasquliyev dövlətin hər sahədə vətəndaşlara, xüsusilə məcburi köçkünlərə göstərdiyi qayğıdan danışıb. Daha sonra ölkəmizdəki sabit dövlət-din münasibətlərinə toxunan direktor məhz belə maarifləndirici, qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə dini radikalizmə qarşı mübarizə aparıldığını bildirib.      
Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev dini sahədə dövlət tətəfindən atılmış addımlardan bəhs edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə fəaliyyətini yüksək qiymətləndirən Ş.Əliyev, dini radikalizmə qarşı mübarizədə dini maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulayıb.       
DQİDK-nın Sumqayıt bölgəsi şöbəsinin baş məsləhətçisi Orxan Axundov çıxışında ölkəmizdə vicdan və dini etiqad azadlıqlarının Konstitusiya ilə təsbit edildiyini və dövlətin bu azadlıqların qarantı olduğunu nəzərə çatdırıb. Bildirib ki, dünyəvi dövlət kimi Azərbaycan bütün dinlərin və mədəniyyətlərin tarix boyunca birgə yaşadıqları ölkələrdən biridir. Azərbaycan cəmiyyətinin tolerantlığından zaman-zaman sui-istifadə edən müəyyən qrupların öz siyasi əməllərini həyata keçirmək üçün dini bir pərdə kimi istifadə etdiklərini və bununla da xalqın və dövlətin birlik və bərabərliyinə xələl gətirməyi planlaşdırdıqlarını nəzərə çatdıran O. Axundov belə qrupların yaranması və yayılma yolları, təbliğat və təşviqat vasitələri, maddi bazaları və istifadə etdikləri ideologiyalar haqqında danışıb.