İslam həmrəyliyinin böyük əhəmiyyəti var
Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şirvan şəhər 3 saylı tam orta məktəbində Şirvan şəhəri Bayramlı qəsəbəsi ‘’İmam Hüseyn’’ məscidi dini icmasının ‘’İslamda həmrəyliyin əhəmiyyəti‘’ mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbənin məsləhətçisi Əli Həziyev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan şəhəri Bayramlı qəsəbəsi ‘’İmam Hüseyn’’ məscidi dini icmasının sədri Bəxtiyar Əzəmi, məktəbin direktoru Məhərrəm Teymurov, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov mövzunun əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov ölkəmizdə mövcud olan dini durum barədə tədbir iştirakçılarına məlumat verib. Natiq dövlət-din münasibətlərinin əhəmiyyətindən, dövlətimizin digər sahələrə olduğu kimi dinimizə qayğısından da bəhs edib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi Əli Həziyev vurğulayıb ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Ə. Həziyev, eyni zamanda vurğulayıb ki, bu gün İslam aləminin həmrəyliyə böyük ehtiyacı var və bu həmrəyliyə nail olmaq üçün Azərbaycan Prezidenti düşünülmüş addım ataraq 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Bu, digər dövlətlər üçün nümunədir.