Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.04.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq  və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Xəzər rayonu 181 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib. “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Amal Məlikov,181 nömrəli tam orta məktəbin direktoru Fərqanə Abbasova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru F.Abbasova dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin İslam dünyasına və bütün dünyaya nümunə olduğunu qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib,tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirə aparılıb.