“İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
Aprelin 14-də Xətai rayonu 58 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Samir Yoldaşov, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbənin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, məktəbin direktoru Ulduzxan Abdullayev, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 58 nömrəli tam orta məktəbin direktoru Ulduzxan Abdullayev dini maarifləndirmə sahəsində görülən tədbirlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu tədbirlər gənclərin mənəvi inkişafi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması baxımından çox əhəmiyyətlidir.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunub.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycanda tarixən digər xalqlara və millətlərə hörmətlə yanaşıldığını, qarşılıqlı hörmət və tolerantlığın xalqımızın həyat tərzi olduğunu qeyd edib.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin digər əməkdaşı Samir Yoldaşov dini radikalizm, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.