Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.04.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyi və zamanın çağırışı” mövzusu Yevlaxda müzakirə edilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədiləDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşəbbüsüylə aprelin 7-də “İslam həmrəyliyi və zamanın çağırışı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin  müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Fuad Şirinov və Tural Ələkbərov, Yevlax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova, YAP-ın Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, Yevlax rayon “Cümə” məscidinin axundu Namiq Əliyev, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə Yevlax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova mövzu ilə bağlı çıxış edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsinin dünyaya bir mesaj olduğunu vurğulayan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyevölkəmizin tolerant və multikultural dəyələrinin dünyaya nümunə olduğu kimi, “İslam həmrəyliyi” çağırışının da dünyaya örnək olacağını bildirib. Natiq Əfəndiyev Azərbaycanın ev sahibliyi ilə keçən digər beynəlxalq tədbirlər kimi “IV İslam Həmrəyliyi Oyunları”nın  da möhtəşəm keçiriləcəyinə əmin olduğunu qeyd edib və bu ərəfədə müxtəlif ölkələrdən gələcək qonaqların Azərbaycanda mövcud olan tolerant, multikultural və həmrəylik mühitinin canlı şahidi olacaqlarını bildirib.
Daha sonra YAP-ın Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, Yevlax rayon “Cümə” məscidinin axundu Namiq Əliyev və Yevlax rayon 4 N-li məktəbin təşkilati işlər üzrə direktor müavini Sərdar Məmmədov mövzu ilə bağlı çıxış ediblər. Natiqlər tarixən Azərbaycanda mövcud olan multikultural və tolerant dəyərlərin inkişaf etdirilməsi və gələcək nəslə ötürülməsinin vacibliyindən bəhs edib, “İslam Həmrəyliyi İli” , o cümlədən qarşıdan gələn “IV İslam Həmrəyliyi Oyunlar”ı çərçivəsində milli-mənəvi dəyərlərimizin daha geniş təbliğatının əhəmiyyətini vurğulayıb, xüsusən də cəmiyyətimizin hər bir üzvünün bu sahədə daha fəal  iştrak etməsinin vacibliyini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.