Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.08.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur” mövzusunda tədbir keçirilib

Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi “Came” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşları Hatəm Gülməmmədov və Samir Yoldaşov, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Binəqədi qəsəbəsi “Came” məscidi dini icmasının sədri Şabala Əliməmmədov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Ş.Əliməmmədov gənclərimizin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin təbliğinin əhəmiyyətini, eləcə də ağsaqqalların və ziyalıların rolunu vurğulayıb. Natiq dini radikalizmə qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruriliyini xüsusi qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin heç də təsadüfi olmadığını, münaqişələrlə dolu dünyamızda ölkəmizin sabitlik adası rolunu nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, həmrəylik xalqmızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı R.Həsənov ölkəmizin zəngin milli-mənəvi dəyərlərə sahib olmasından, bu dəyərlərin qorunmasının və gənclər arasında təbliğinin əhəmiyyətindən danışıb.
Maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.