Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.09.2017 / İslam Həmrəyliyi İli

İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur

Sentyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi “Came” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Vasif Musayev, Binəqədi qəsəbəsi “Came” məscidi dini icmasının sədri Şabala Əliməmmədov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Ş.Əliməmmədov mənəvi dəyərlər sistemimizin ayrılmaz parçası olan İslam dininin humanist və sülhsevər din olduğunu qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Vasif Musayev cəmiyyətdə milli-mənəvi dəyərlərimizin ayrılmaz bir parçası olan müqəddəs dinimiz İslama münasibətdən söz açıblar. Eyni zamanda Azərbaycanın İslam aləmində mühüm rol oynadığını, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu diqqətə çatdırıblar.
Tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.