İslam həmrəyliyi radikalizm və terrorizmə qarşıdır
Sentyabrın 5-də Masallı rayonu Eminli kənd məscidi dini icmasının “İslam həmrəyliyi Azərbaycan kontekstində” layihəsi çərçivəsində “İslam həmrəyliyi radikalizm və terrorizmə qarşıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Kamil Bağırov, Eminli kənd məscidi dini icmasının sədri Rəbbi Kərimov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolundan danışıb. M.Bədirov, həmçinin İslam həmrəyliyinin milli mənsubiyyətindən asılı olmayaraq hamını birliyə səslədiyini bildirib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Eminli kənd məscidi dini icmasının sədri Rəbbi Kərimov və başqaları çıxış edərək dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımına əsasən keçirilib.