Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.08.2017 / İslam Həmrəyliyi İli

İslam həmrəyliyi müsəlman intibahının bərqərarına xidmət edir

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yeniarx kənd məscidi dini icması tərəfindən“Müsəlman intibahının bərqərarı-İslam Həmrəyliyi” layihəsi çərçivəsində  növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Yeniarx kənd məscidi dini icmasının sədri Ağakərim Səmədov, dini icma üzvləri və eləcə də Yeniarx kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeniarx kənd məscidi dini icmasının sədri Ağakərim Səmədov maarifləndirmə tədbirləri əsnasında bütün səmavi dinlərin insanlar; birliyə, vəhdətə çağırdığı barədə müzakirələrin təşkil ediləcəyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzunun əhəmiyyətindən danışıb. O qeyd edib ki, İslam dini həmrəy olmağa, yəni eyni duyğuları paylaşmağa çağırır. Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov da müsəlman intibahında mühüm rol oynamış Azərbaycanda nəinki islamın, hətta sağlam təmayüllü qeyri-islam dinlərinin də in­ki­şa­fının diqqət mərkəzində olduğunu qeyd ediblər.
Yekunda tədbir iştirakçılarının sualları cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.