İslam həmrəyliyi müasir dövrün tələbidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Neftçala rayonu Boyat kəndi İmam Cəfər Sadiq məscidi dini icmasi tərəfindən “İslam həmrəyliyi müasir dövrün tələbidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Boyat kəndi İmam Cəfər Sadiq məscidi dini icmasinın sədri Əhməd Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli çıxışında dini ekstremizmin cəmiyyətə vurduğu ziyanlardan bəhs edib. Bildirib ki, dünyəvi dövlət kimi Azərbaycan bütün dinlərin və mədəniyyətlərin tarixboyu birgə yaşadıqları ölkələrdən biridir. Azərbaycan cəmiyyətinin tolerantlığından zaman-zaman sui-istifadə edən müəyyən qrupların öz siyasi əməllərini həyata keçirmək üçün dini bir pərdə kimi istifadə etdiklərini və bununla da xalqın və dövlətin birlik və bərabərliyinə xələl gətirməyi planlaşdırdıqlarını nəzərə çatdıran Y.Yusifli gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Daha sonra İmam Cəfər Sadiq məscidi dini icmasının sədri Əhməd Əliyev, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.