Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.11.2017 / İslam Həmrəyliyi İli

İslam həmrəyliyi müasir dövrün çağırışıdır

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində Lənkəran rayonu Daşdatük kənd ümumi orta məktəbində “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Daşdatük kənd ümumi orta məktəbinin direktoru Sarvan Babayev, Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev, müəllim və şagirdlər iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında 2017-ci ilin cənab Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasının İslam ölkələrinin həmrəyliyi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. E.Həmidli ölkəmizdə dini tolerantlıq, multikulturalizm ənənələrinin, həmrəylik mühitinin mövcudluğundan bəhs edib.
Daşdatük kənd ümumi orta məktəbinin direktoru Sarvan Babayev çıxışında İslam dininin insanları elmə, təhsilə, həmrəyliyə çağırdığını, mütərəqqi dəyərləri özündə ehtiva etdiyini qeyd edib.
Dini icma sədri Şahid Babayev və digərləri çıxışlarında ölkəmizdə hökm sürən birlik, vəhdət və həmrəylik haqqında fikirlərini bildirib, həyata keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.