Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2017 / İslam Həmrəyliyi İli

İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşıdır

Sentyabrın 27-də Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icması tərəfindən Ağcabədi şəhər 3 saylı tam orta məktəbində “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşıdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, məktəbin pedeqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirib ki, müxtəlif məzhəblərin mövcud olduğu ölkəmizdə dini zəmində heç vaxt qarşıdurma və məzhəb ayrı-seçkiliyi olmayıb. İslamın sülh dini olduğunu vurğulayan Z.Quliyeva Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini mühüm tarixi hadisə kimi dəyərləndirib və bu təşəbbüsün müsəlman ölkələrini həmrəyliyə çağırdığını bildirib.
Ağcabədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxışında həmrəyliyə bütün İslam ölkələrinin ehtiyacı olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə atılımış bu təşəbbüsdən başqa İslam ölkələri öz ərazilərində gedən məzhəblərarası münaqişələrə son qoymaq üçün istifadə edə bilərlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə bildirib ki, Azərbaycanda bütün dinlərə eyni münasibət göstərilir və Prezident cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi bunun bariz sübutudur. İslamın sülh və əmin-amanlıq dini olduğunu deyən natiq malik olduğumuz dini dəyərləri qorumalı olduğumuzu vurğulayıb.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.