İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir
Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Samux şəhər müsəlmanları dini icması tərəfindən “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir” layihəsi çərçivəsində “Dini ekstremizmin qarşısının alınmasında İslam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov, Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılmış bu addım İslam ölkələrini həmrəyliyə səsləyir və birgəyaşayış ənənələrinə xidmət edir.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov dini radikalizm və ekstremizmin fəsadlarından məlumat verib, onlara qarşı mübarizədə İslam həmrəyliyinin, müsəlmanlar arasında vəhdətin rolundan danışıb.
Mövzu ilə bağlı çıxış edən dini icma sədri İlham Məmmədov dini radikal və ekstremist qrupların təbliğat metodlarından danışıb, xüsusilə gəncləri bu qrupların təsirindən qorumağın vacib olduğunu qeyd edib.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini təyinatlı ədəbiyyatlar paylanılıb.
.jpg)
.jpg)
.jpg)