Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.11.2017 / İslam Həmrəyliyi İli

“İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran rayonu Bəlləbur kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli,   Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov çıxışında ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirib.  
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında İslam həmrəyliyinin əhəmiyyətindən, İslam dininin təhsilə, elmə, mədəniyyətə verdiyi önəmdən danışıb. E.Həmidli sülh dini olan İslam dininin dini radikalizmə “yox” dediyini bildirib.
Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və digərləri çıxışlarında keçirilən tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşması və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.