“İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib
Dekabrın 13-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə növbəti tədbir Yasamal rayonu 53 saylı tam orta məktəbdə keçirilib.
“İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktor müavini Lalə Nəsirova və pedaqoji kollektivi, eyni zamanda, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini L.Nəsirova şagirdlərlə maarifləndirici görüşlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev mövzu ilə bağlı çıxış edib. Radikal qrupların hər zaman dünyadakı sülh və əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olduğunu qeyd edən natiq, ekstremizmlə mübarizədə təhsil və maarifləndirmənin əhəmiyyətini vurğulayıb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.
Qeyd edək ki, tədbir “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.