İslam həmrəyliyi böyük əhəmiyyətə malikdir
Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan rayonu Şorsulu kənd məscidi dini icmasının “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, Salyan rayonu Şorsulu kənd məscidi dini icmasının sədri Ramil Məmmədov, kənd bələdiyyəsinin sədri Famil Məmmədov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev bildirib ki, İslamın sülh və əmin-amanlıq dini, müharibə və ədalətsizliyə qarşı olduğunu bildirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov bildirib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcı olub. İslam həmrəyliyinin əhəmiyyətinə də toxunan Rəfi Qurbanov bildirib ki, İslam həmrəliyi təkcə dini həmrəylik deyil, həm də müsəman dövlətlərinin bir-birinə iqtisadi, mədəni və siyasi sahədə dəstək nümayiş etdirməsidir. DQİDK nümayəndəsinin sözlərinə görə, Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan etməsi ilə bütün dünyaya həmrəylik mesajı verdi.

.jpg)